Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu günün rəqəmi isə 444-dür.
Belə ki, 2020-ci ilin I yarımili ərzində prokurorluq orqanları tərəfindən istintaqı aparılmış 444 cinayət işinin ittiham aktı ilə məhkəmələrə göndərilməsi təmin edilib.
Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.