27 İyul 2021 14:25
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya başlayan vaxtdan təhsil ən çox təsirə məruz qalan və çətinliklərlə qarşılaşan sektor oldu. Hesab edirəm ki, müəyyən qurumlarda məcburi olaraq vaksinin tələb olunması çox doğru və zamanında verilmiş qərardır.

Bunu Teleqraf.com-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

İlqar Orucovun sözlərinə görə, ilk dövrlərdən başlayaraq həm təhsil alanlara, həm də müəllimlərə vaksinasiyaya qoşulmaq barədə çağırışlar edilib: "Bu gün təhsil sektorunda çalışan əməkdaşların demək olar ki, böyük əksəriyyəti vaksinasiyadan keçib. Sentyabr ayından orta və ali məktəblərin açılmasını arzu ediriksə, vaksin olunmaq çox vacibdir. Hesab edirəm ki, tələbələr vaksinasiyadan keçsələr, sentyabr ayında ali təhsil müəssisələri ənənəvi təhsilə qayıda biləcək.

Eyni zamanda bu, təkcə təhsil alanların və təhsil verənlərin vaksinasiyası ilə bağlı məsələ deyil. Bütövlükdə cəmiyyətin vaksinasiyaya münasibətindən də çox şey asılıdır.

Vaksin olunanların sayı nə qədər çox olarsa, təbii ki, pandemiya ilə mübarizədə bir o qədər uğur qazanarıq. Tədrisin ənənəvi qaydada bərpası birmənalı olaraq həmin dövr üçün mövcud olan şəraitlə bağlı olacaq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər