27 İyul 2021 15:36
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 68020 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32219, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35801 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4632349, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2686492, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1945857 təşkil edir.


Müəllif: Teleqraf.com