28 İyul 2021 22:12
297
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-də “Azərkitab” Kitab Təbliğatı Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə ithaf edilmiş "Polad necə bərkdi" kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində Polad Həşimovun anası Səmayə xanım, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi hacı Şahin Həsənli, fəlsəfə doktoru, pedaqoq Mail Yaqub, KİV rəhbərləri və ziyalılar iştirak ediblər.

Tədbir zamanı ilk olaraq Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda həlak olan şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə çıxış edən kitabın müəllifi yazar İlqar Kamil kitab haqqında iştirakçılara ətraflı məlumat verib. O qeyd edib ki, kitabda Polad Həşimovun həyat yoluna çox böyük önəm verilir: “Bu kitab şəhid generalımız Polad Həşimov haqqında yazılıb. Belə kitablar çox yazılmalıdır. Ümumiyyətlə, Polad Həşimov kimi şəxsiyyətlər haqqında bu cür məlumatların toplanması təqdirəlayiqdir. Biz bunu gələcək nəsillərə ötürməliyik”.

Daha sonra hər kəsə təşəkkürünü bildirən Səmaya xanım deyib: “Polad sözündən dönməyən mərhəmətli, iradəli, hərdən öz dünyasına qapılan bir uşaq idi. Foto çəkməyi sevərdi. Kənd uşaqlarının səkillərini çəkərdi. Çox cəsarətli idi, hər şeyi öyrənməyə çalışırdı. İdmanla məşğul olaraq, özü də bilmədən özünü bu həyata hazırlayırdı. Hərbi hissədə əsgərləri onu mənim komandirim deyə çağırardı. Kitaba gəlincə, bu işdə kimin zəhməti varsa hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, sizin kimi qədirbilən gənclərimiz var”.

Sonra kitab müəllifin imzası ilə tədbir iştirakçılarına təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər