30 İyul 2021 20:25
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda həbsdə olan sabiq baş prokuror Eldar Həsənovun vəkilləri Cəlil Mirzəyev, Adəm Məmmədov, Valeh Mehrəliyev və Cavad Cavadov Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Teleqraf.com müraciətin mətnini təqdim edir:

"Həbsdə saxlanılan Eldar Həsənovun vəkilləri olaraq onun səhhətində yaranmış çox ciddi və ağır durumla bağlı, bəlkə də sonuncu dəfə, Sizlərə müraciət edirik.

Nə üçün sonuncu? Çünki xəstəliyin surətlə irəliləməsi nəticəsində durum o qədər ağırdır ki, növbəti dəfəyə ehtiyac qalmaya bilir.

Vəkillər olaraq düşünürük ki, onun səhhətinin ağır durumda olması ilə bağlı məlumatlar bəlkə də Sizlərə çatdırılmır.

02 iyul 2021-ci il tarixdə Eldar Həsənov müayinə və müalicə olunması üçün stasionar qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalına yerləşdirilmişdir. Bir sıra müayinələr, kolonospik müdaxilə (bağırsağından əməliyyat) aparılmışdır.

Əvvəlki müraciətlərimizdə də bildirmişdik ki, Eldar Həsənov keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicələnmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi.

İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş vermişdir. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalmışdır. Baş Prokurorluğa onun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəkillərinin vəsatətləri əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxartmışdır.

Hospitalda stasionarda olan zamanı müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunmuşdur.

Beləliklə hazırki vaxtadək başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik olmuşdur. Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması (əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası vardır: dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s.) səbəbindən hazırda durum çox ağırdır. Müntəzəm başgicələnmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər.

Bütün bunları nəzərə alaraq Sizlərdən xahiş edirik Eldar Həsənovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərəsiniz".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər