1 Avqust 2021 16:33
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki meşə yanğınlarında öldüyü zənn edilən 3 nəfərdən biri sağ tapılıb.

Teleqraf.com xəbər verir ki, Antalyanın Manavgat əyalətində evi yanan kişi yanğından sağ çıxıb.

Dumandan zəhərləndiyinə görə Manavgat Dövlət Xəstəxanasında müalicə alan 68 yaşlı Osman Korkmaz alovların arasından çıxıb dağda 3 saat yeriyərək sağ qalmağı bacarıb.

Başına gələnləri danışan Osman Korkmaz bildirib ki, yanğın evindən uzaqda baş versə də, sürətlə ətrafa yayılıb: "Gecə yarısından sonra yanğın məhəlləmizə çatdı. Duman o qədər çox idi ki, ətrafı görmürdüm. Alovların arasında qalmışdım. Dağlar arasından keçərək 3 saat getdim. Yola çatanda bir maşını saxladım, sağ olsun, məni xəstəxanaya gətirdi. Polis dəstələri məni axtarırlarmış, öldüyümü düşünüblər".

Qeyd edək ki, Türkiyədəki 112 meşə yanğınından 107-i nəzarət altına alınıb. Yanğınsöndürmə işləri davam edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər