2 Avqust 2021 15:42
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Qubada baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 1-də saat 23 radələrində Quba rayonunun Dəvədabanı yaşayış sahəsində rayon sakinləri F.Adıgözəlovun idarə etdiyi “QAZel” və Rauf Nəcəfovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə R.Nəcəfov hadisə yerində, sərnişini Taleh Abıyev isə xəstəxanaya aparılarkən yolda ölüb, digər 2 sərnişini, həmçinin F.Adıgözəlovun 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Quba RPŞ tərəfindən araşdırma aparılır.


Müəllif: Teleqraf.com