3 Avqust 2021 16:47
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Məlumat verildiyi kimi Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin rəhbərlik etdiyi Nazirliyin məsul vəzifəli əməkdaşları da Türkiyə Respublikasında səfərdədir.

Səfər çərçivəsində nazir müavini E.Mirzəyev Marmarisdə Böhranların İdarə edilməsi Mərkəzində Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoyla görüşüb. E.Mirzəyev Azərbaycan FHN-in yanğın-xilasetmə qüvvələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasına gəldiyini deyib. Nazir müavini səfərinin məqsədinin Türkiyəyə yardıma gələn Azərbaycan yanğın-xilasetmə qüvvələrinin koordinasiyasının idarə edilməsinin təşkili olduğunu vurğulayıb. Etibar Mirzəyev Azərbaycan FHN-in qüvvələrinin yanğınsöndürmə istiqamətindəki fəaliyyəti barədə ətraflı danışıb. Nazir müavini E.Mirzəyev Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupunun da artıq qardaş Türkiyə Respublikasında olduğunu xatırladaraq, qrupun tərkibi və imkanları barədə ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Türkiyə Respublikasının daxili işlər nazirinin müavini Mehmet Ersoy göstərilən dəstəyə və köməyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və qardaş Azərbaycan xalqına təşəkkür edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər