6 Noyabr 2014 22:15
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Təhsil Nazirliyində kollegiya iclası keçirilib. Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin məsul işçiləri, müvafiq struktur bölmələrin və şöbələrin rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Kollegiya iclasında ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili, SABAH qruplarının yaradılması, tələbə kreditləri və qrantları layihəsi, ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun nəticələri, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın icra vəziyyəti, normativ-hüquqi aktların təsdiqi mövzularındakı məsələlər müzakirə olunub.

Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən bir il ərzində həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifələr, mövcud problemlər və onların aradan qaldırılması yolları haqqında fikirlərini bildirib.

Sonra çıxış edən məruzəçilər müvafiq məsələlər haqqında ətraflı məlumat verib, bütün bu sahələrdə görülən işlərin əhəmiyyətindən bəhs ediblər.

Məruzələrdən sonra müzakirə olunan məsələlərlə bağlı müxtəlif fikirlər səsləndirilib və müvafiq istiqamətlər üzrə həyata keçiriləcək tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edən təkliflər verilib.


Müəllif:

Oxşar xəbərlər