4 Avqust 2021 09:41
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.

Bu barədə Teleqraf.com-a Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər