Dünən Milli Məclisdə polisi döydüyü üçün toxunulmazlığına xitam verilərək saxlanılan sabiq deputat Eldəniz Səlimovla bağlı yeni faktlar üzə çıxmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, polisi döymək Eldəniz Səlimovun ilk insidenti deyil.
Məlumata görə, o, 2019-cu ilin əvvəlində Şimali Kipr Türk Cümhuriyyətinə rəsmi səfər zamanı özü ilə qazaxıstanlı bir xanım aparıb və onunla rəsmi mərasimlərə, ziyafətlərə qatılıb.
Bu barədə Kiprdən diplomatik kanallarımıza etiraz məktubu daxil olsa da, məsələ səssiz şəkildə müzakirə olunub /Bizimyol.info/.