6 Noyabr 2014 23:35
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəyə səfər edən əcnəbi vətəndaşın pasportunun etibarlılıq müddəti bu ölkəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır. Bu barədə Teleqraf.com "RİA Novosti"-yə istinadən məlumat verir.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər ki, müvafiq qanun gələn il yanvarın 1-də qüvvəyə minəcək.

Nazirlikdən deyiblər ki, hazırda Türkiyəyə səfər etmək üçün xarici pasport səfər başa çatanadək 3 ay etibarlı olmalıdır, əgər pasport səfərin sonunadək etibarlı idisə, de-fakto kifayət edirdi: "Gələn il yanvarın 1-dən xarici pasportun etibarlılıq müddəti Türkiyəni tərk etməzdən əvvəl 4 aydan tez başa çatmamalıdır".


Müəllif:

Oxşar xəbərlər