5 Avqust 2021 14:45
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Aeronavtika və Kosmos İdarəsi (NASA) Türkiyədə davam edən meşə yanğınlarının peyk fotolarını yayımlayıb.

Teleqraf.com xəbər verir ki, baş verən hadisə ilə bağlı NASA sosial şəbəkə hesabında paylaşım edib.

Antalyadakı meşə yanğınlarının peyk fotoları yer aldığı paylaşımda deyilir:

“Güclü isti hava kütlələri və aylarla davam edən quraqlıq səbəbilə Türkiyə son illərin ən pis meşə yanğınları ilə qarşı-qarşıyadır. 1980-ci illərdən bəri Cənubi Avropanın böyük bir hissəsi güclü istilər səbəbilə yanıb. Ötən ay həm Yunanıstanda, həm də Türkiyədə beynəlxalq temperatur rekordu qeydə alınıb.

Yunanıstanda və ətraf bölgələrdə 4 avqustda 45 dərəcə istilik qeydə alınıb və bu havanın bir neçə gün davam edəcəyi gözlənilir”.


Müəllif: Aysel Azad