5 Avqust 2021 20:13
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Z.Bünyadov prospektində Koroğlu metrosu istiqamətində və əks istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sosial şəbəkədə bildirilib.

Onun sözlərinə görə, sıxlıq Bakı Olimpiya Stadionu yaxınlığında “SOCAR” yanacaqdoldurma məntəqəsinə çatmamış ağır yol nəqliyyat hadisəsinin baş verməsi səbəbindən yaranıb.


Müəllif: Teleqraf.com