Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.
Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.