6 Avqust 2021 10:37
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktorunun qanunsuz əməlləri ilə bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, aparılmış araşdırmalarla PHŞ-in direktoru İlham Mustafayevin 24.04.2021-ci il tarixdən hazırki vaxtadək vəzifə səlahiyyətlərindən sui-istifadə edərək özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə xidməti nəqliyyat vasitəsi kimi sənədləşdirilmiş “VAZ21063” markalı avtomaşının faktiki işləmədiyi halda Aqşin Əhmədov adlı şəxsin adına rəsmiləşdirməklə iş funksiyasını icra etmədiyi halda ona 1 054 manat məbləğində əmək haqqının ödənilməsini, həmçinin “Elxan Fərəcov” MMC-dən 4 980 manat dəyərində texniki avadanlığın alınmasının rəsmiləşdirilməsi yolu ilə dövlət büdcəsindən həmin məbləğdə pul vəsaitinin köçürülməsini təmin etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər