Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.
Bu barədə Teleqraf.com-a FHN-dən məlumat verilib.
Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.