6 Avqust 2021 19:39
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti - dördüncü qrupu Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə yola düşüb.

Teleqraf.com xəbər verir ki, uçuşdan əvvəl sıra düzülüşü olub.

Sıra düzülüşündə yanğın-xilasetmə qüvvələrinə müvafiq təlimatlar verilib.

Nazirliyin Xüsusi riskli xilasetmə xidmətinin Alay komandiri polkovnik leytenant Məmməd Xəlili jurnalistlərə açıqlamasında bildirib ki, bugünkü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.

Onun sözlərinə görə, hər bir şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub və sabahdan etibarən yanğınlarının söndürülməsinə başlanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər