Ötən gün axşam saatlarında Bakıdan yola salınan FHN-in 4-cü yardım qrupu Muğlanın Dalaman Hava Limanına çatıb.
Teleqraf.com xəbər verir ki, Türkiyədəki yanğınların söndürülməsinə yardım üçün gedən 4-cü heyəti hava limanında yerli rəsmilər, jurnalistlər və sakinlər qarşılayıb.
Qeyd edək ki, 4-cü yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir. Onlar sabahdan etibarən yanğınların söndürülməsi əməliyyatına qoşulacaqlar.