7 Avqust 2021 14:52
380
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların “Azenteroil” MMC tərəfindən məhv edildiyi məlum olub:

“Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib”.

Xatırladaq ki, ötən gün Xidmət rəsmisi Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların qanunsuz götürüldüyünü, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər