7 Avqust 2021 19:19
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirusa yoluxma hallarının sayı artdıqca, xəstəliyin yaşı gəncləşməyə davam edir.

Teleqraf.com xəbər verir ki, Ankara Təhsil və Araşdırma Xəstəxanasında mütəxəssislərin araşdırmalarına görə, reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin yaşı 30-a endib.

Tədqiqatlar zamanı məlum olub ki, ağır xəstələrin heç biri peyvənd olunmayıb.

Reanimasiya şöbəsinin müdiri Ayşə Özcan bildirib ki, əgər üç ay əvvəl şöbənin 40 faizində xəstə var idisə, iyun ayında bu nisbət 100-ə çatıb: “Daha əvvəl 65 yaş və daha yuxarı olanları reanimasiya şöbəsinə qəbul edərdiksə, son 2 ayda gənc xəstələrin sayı artıb.

Ötən ay reanimasiyada 18 yaşlı 2 xəstəmiz var idi. Hazırda əsasən 30-40 yaşlarında olan xəstələri qəbul edirik və deyə bilərəm ki, bu xəstələrin heç biri peyvənd olunmayanlardır. Niyə peyvənd olunmadıqlarını soruşduqda isə tutarlı səbəb deyə bilmirlər”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər