8 Avqust 2021 01:20
1 059
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə meşə yanğınları başlayandan sonra yanğınsöndürmə prosesinə dəstək olmaq üçün Azərbaycandan 4 qrup göndərilib. Azərbaycanlı jurnalistlər hadisələri işıqlandırmaq üçün Türkiyəyə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə "İhlas Haber Ajansı" (İHA) yazıb.

Qeyd edilir ki, Azərbaycanda iyulun 20-də ailə həyatı quran Turan Rzayev Türkiyəyə dəstək üçün göndərilən Azərbaycanın yanğın-xilasetmə qüvvələrinin fəaliyyətini izləmək üçün 30 iyulda ezam olunub. Evliliyinin 10-cu günündə bal ayını yarıda kəsərək Türkiyəyə gedən Rzayev İHA-nın müxbirinə açıqlama verib. O qeyd edib ki, öz istəyi ilə ezamiyyətə yollanıb:

"Bu, bizim üçün yardımdan daha çox milli vəzifədir. Çünki Türkiyə də bizim vətənimizdir. Azərbaycan yoxdursa, Türkiyə var, Türkiyə yoxdursa, Azərbaycan var. Bizim bir deyil, iki dövlətimiz var. Biz iki dövlət, bir millətik", - Rzayev vurğulayıb.

Qeyd edək ki, Turan Rrzayev Teleqraf Media Qrupun tərkibində fəaliyyət göstərən Axar.az xəbər portalının əməkdaşıdır.

Xatırladaq ki, T.Rzayevlə bağlı xəbəri Haber-7, Haberturk, Yeni Akit, Haber2s, Beyazgazete, Haberbulteni, Ensonhaber, Aydin24haber, İHA, Marmmaris TV və s. sayt, qəzet və agentliklər yayımlayıb. Eyni zamanda, kanallar da T.Rzayevin fədakarlığını, yanğınlar haqda təkcə reportaj vermədiyini, daha təhlükəli yerlərə getdiyini, gördüyü yanğın ocaqlarını söndürməyə çalışdığını qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər