Dünya odlar dövrünə qədəm qoyur.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı professor Stiven Payn deyib.
O, dünya böyük təhlükə altında olduğunu, bir çox ölkədə meşə yanğınlarının qaçılmaz olacağını bildirib.
Paynın sözlərinə görə, dünya uzun müddət davam edən və yeni dövrdə söndürülə bilməyən yanğınların sayını artıracaq. O, bu dövrdə yanğınların sayının artacağını və asanlıqla söndürülə bilməyəcəyini düşünür.
Stiven Payn bu durumdan ən çox insanların məsuliyyət daşıdığını bildirib.
O, insanların iqlim dəyişikliyini sürətləndirdiyini və qurduğu elektrik xətləri və zəhərli yanacaqlarla yanğın törətdiyini qeyd edib.
“Bəşəriyyət dünyanı odla formalaşdırır, ekologiya artıq dəyişib”, - professor söyləyib.
O, yanğınların artmağa davam edəcəyini və yer üzündəki dəyişiklik tamamlanana qədər bitməyəcəyini iddia edib. Professor Aralıq dənizi ölkələrindəki insanların minillərdir belə böyük yanğınlar görmədiyini deyib.
Payn bu müddəti “Odlar dövrü” adlandırır. O hesab edir ki, bu dövrdə ənənəvi yanğınsöndürmə üsullarını araşdırılmalı, torpaq və meşələr haqqında uzunmüddətli planlaşdırma aparılmalı, yanğınların yaşayış yerlərindən və əkinçilik sahələrindən uzaqlaşdırılması üçün yeni üsullar hazırlanmalıdır.
Payna görə, yanan və ya yanmağa meylli olan ərazilərdə mozaika yaratmaq üçün müxtəlif növ ağacların əkilməsi də alovun təsirini azalda bilər.