10 Avqust 2021 14:30
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zəif fərdlərin təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur

Şirvan Milli Parkında ceyranın yaralanması ilə bağlı sosial şəbəkədə yayılan məlumatla bağlı Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Teleqraf.com-a açıqlamasında bildirib ki, dünən Şirvan Milli Parkının əməkdaşları tərəfindən yaralı ceyran tutularaq baytar tərəfindən müayinə olunub. İlkin yardım göstərilsə də, təəssüf ki, həyatını xilas etmək mümkün olmayıb.

Xidmət rəsmisinin sözlərinə görə, ceyrandakı xəsarət güllə yarası deyil.

“Vəhşi təbiətdə yırtıcı-şikar münasibətləri ekosistemin tarazlığını təmin edir, heyvanların yırtıcı təqibindən müdafiəsi zamanı zədə alması halları baş verir və bu da vəhşi təbiətdə baş verən normal hadisədir”.

A.Səmədova bildirib ki, populyasiyada itkinin olmaması mümkün deyil, nisbətən zəif fərdlərin xəstəlik, yırtıcı təqibi və s. təbii amillər səbəbindən tələf olması təbiətin qanunudur və bu hadisə ilk dəfə baş verən hadisə deyil.

“Unutmamalıyıq ki, ceyran həm də milli parkda yaşayan digər yırtıcı heyvanların qidasıdır. Təbiətdə yüz illərlə baş verən təbii prosesləri cəmiyyətdə təşviş obyektinə çevirmək doğru deyil”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər