Azərbaycanda bu il doğulan körpələrə ən çox qoyulan adlar məlum olub.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin təşkil etdiyi onlayn brifinqdə nazirliyin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.
O bildirib ki, bu il ölkədə ən çox qoyulan oğlan adları Əli (831), Yusif (821), Uğur (797), Hüseyn (791), Məhəmməd (593) olub.
Qızlarda isə Zəhra (912), Zeynəb (701), Məryəm (646), Aylin (645), Mələk (617) ən çox qoyulan adlardır.