Vətən müharibəsi şəhidlərinin ailələrinə birdəfəlik müavinətlərin verilməsi üçün bir sıra dövlət qurumlarının iştirakı ilə işçi qrup yaradılıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə “Ədliyyə xidmətləri: qeydiyyat və notariat orqanlarının fəaliyyəti” mövzusunda keçirilən onlayn brifinqdə bildirilib.
Qeyd olunub ki, bu günə qədər 2868 şəhidin 7600-dən artıq vərəsəsinə vərəsəlik şəhadətnamələri verilib və onlar birdəfəlik müavinətlə təmin olunublar.