11 Avqust 2021 20:12
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər çox sayda vətəndaş koronavirusa yoluxub xəstələnərsə, xəstəxanaya yatma halları artarsa, səhiyyə müəssisələri dolarsa, hökumətlərin sərt karantin tədbirlərini tətbiq etməkdən başqa çarəsi qalmır. Yoluxma sürətini azaltmağın ən təsirli yolu insanların bir araya gəlməsini mümkün qədər azaltmaqdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) olaraq profilaktik tədbirlərlə - ara məsafəsinin qorunması, əl gigiyenasına əməl edilməsi, respirator gigiyenaya riayət olunması və vaksinasiyadan keçmənin birgə tətbiqinin tərəfdarıyıq.

Teleqraf.com xəbər verir ki, bunu ÜST-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

H.Harmancı bildirib ki, son bir həftədə Türkiyədə yeni yoluxma halları 53, Gürcüstanda 27, İsraildə 40, Azərbaycanda isə 72 faiz artıb. Həmin ölkələrdə ölüm sayında da 50 faiz artım qeydə alınıb: “Bu, sadalanan ölkələrdə, o cümlədən Avropanın digər ölkələrində də pandemiyanın şiddətləndiyini göstərir. Müşahidə etdik ki, sərhədləri bağlayaraq xəstəliyin ölkəyə girməsini əngəlləmək mümkün deyil. Lakin bir sıra ölkələr mümkün olduğu qədər koronavirusun xaricdən idxal olunmasının qarşısını almağa çalışırlar. Azərbaycan da həmin ölkələrdəndir. Hazırda ölkəyə giriş üçün vaksin pasportu və PZR testinin neqativ nəticəsi tələb olunur. Sərhədlərin nəzarət altında saxlanılması hökumətlərin verəcəyi strateji qərardır. Bizim üçün önəmli olan isə insanların profilaktik qaydalara əməl etməsi və yoluxanların təmaslarını erkən aşkarlamaqdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər