Qubada COVID-19 (koronavirus) infeksiyasına qarşı tədbirlər çərçivəsində dezinfeksiya işləri aparılır.
Şəhər ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə növbəti tibbi-profilaktik və dezinfeksiya tədbirləri aparılıb.
Tədbirlər əsasən şəhərin küçələrini, çoxmənzilli binaların giriş bloklarını, bazar ərazisini, parkları və digər əraziləri əhatə edib.
İnsanların sağlamlığının qorunmasının təmin edilməsi məqsədilə dezinfeksiya işləri mütəmadi olaraq davam etdiriləcək.