Bərdə rayonunda “COVID-19” pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində sanitar epidemioloji normalara əməl olunması üçün zəruri tədbirlər görülür, idarə, müəssisə və təşkilatlarda, əhalinin daha çox təmasda olduğu obyektlərdə tibbi-profilaktik və dezinfeksiya işləri aparılır.
Bərdə Rayon İcra Hakimiyyətindən Teleqraf.com-a bildirilib ki, son günlər rayonun 29 idarə, müəssisə və təşkilatında, 10 bank filialında, 25 ərzaq ticarəti obyektində, 20 aptekdə, 23 bankomatda, 16 avtobus dayanacağında, 26 körpələr evi-uşaq bağçasında, avtovağzal kompleksində, regional “ASAN” Xidmət Mərkəzinin qarşısındakı meydanda, Nüşabə parkında, Heydər Əliyev adına park-bulvarın və Qəhrəmanlar parkının giriş hissələrində, “Bərdə” otelində dezinfeksiya işləri həyata keçirilib.
Rayonda “COVID-19” pandemiyasına qarşı mübarizə sahəsində əhalinin maarifləndirilməsi üçün də tədbirlər görülür, sakinlər sosial məsafənin saxlanılmasına, fərdi qoruyucu vasitələrdən daha geniş istifadə olunmasına təşviq edilir.