13 Avqust 2021 11:43
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun İvanovka kənd sakini İvan Prokofyevin infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər