13 Avqust 2021 13:17
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki ilə yaxındır həyatımızda olan COVID-19 virusunun hansı yolla dünyaya yayıldığı hələ də elmi sübutunu tapmayıb.

Teleqraf.com xəbər verir ki, pandemiya başlayandan bəri gündəmdə olan Uhandakı Viroloji laboratoriya virusla bağlı yeni hesabatını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusla Uhandakı laboratoriya arasında əlaqə olmadığını desə də, ÜST nümayəndəsinin açıqlaması bu fikirləri təkzib edib.

ÜST nümayəndəsi Ben Embarek virusun Uhan laboratoriyasında yarasalarla işləyən bir alimə və ya laboratoriya işçisinə keçdiyini deyib. O bildirib ki, virusa ilk yoluxan şəxsin laboratoriya işçisi olduğu dəqiqdir.

Fred Hadkinson Xərçəng Xəstəlikləri Mərkəzinin professoru Cess Bloom isə bildirib ki, virusun təzə-təzə yayıldığı ərəfədə Çin məlumatları silib: “Koronavirusun mənşəyi və yayılma sürəti sirr olaraq qalır. Hesab edirəm ki, virusun mənşəyinin tapılmasından qorxduqları üçün ilkin məlumatları siliblər. Uhandakı laboratoriyada xəstələrdən alınan nümunələr virusun yayılma səbəbini aşkarlamaq üçün qızıl məlumatlar idi”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər