13 Avqust 2021 13:33
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizdə narkomaniyaya qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirləri çərçivəsində Azərbaycan Ordusunun hərbi hissə və birləşmələri, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində seminar və görüşlər keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən görüşlərdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin müavini polkovnik Aydın Əyyubov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun sektor müdiri Rafiq Allahverdiyev, Azərbaycan Respublikası Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin əməkdaşı Şahlar Zeynalov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin əməkdaşı Laçın Paşayev, Respublika Narkoloji Mərkəzin direktor müavini İlham Məmmədov iştirak edərək mövzu ətrafında fikirlərini bildiriblər.

Tədbirlərdə son illərdə ölkəmizdə narkomaniyaya qarşı dövlət səviyyəsində keçirilən tədbirlərdən, cəmiyyət arasında gənclərin bu zərərli vərdişlərə meyillilik hallarının qarşısının alınması istiqamətində görülən işlərdən, o cümlədən Azərbaycan Ordusunda narkomaniyaya qarşı mübarizə tədbirlərinin ən vacib məsələlərdən biri olduğundan danışılıb.

Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər