13 Avqust 2021 13:51
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir.

Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.


Müəllif: Teleqraf.com