14 Avqust 2021 10:37
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu haqda aktyorun yaxınları xəbər verib.

Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasının dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.

Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000- ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.


Müəllif: Teleqraf.com