15 Avqust 2021 11:22
803
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tədqiqatçılar orta yaşda boyu balacalaşmağa başlayan qadınların ürək -damar xəstəliklərindən vaxtından əvvəl ölmə ehtimalının yüksək olduğu açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, tədqiqatlarda təxminən 30-60 yaş arası 2 406 İsveç və Danimarkalı qadın iştirak edib.

Qadınların boyu 10-13 il ərzində ortalama 0,8 santimetr azaldığı halda, 157 nəfəri ürək -damar xəstəliyi səbəbilə 625 qadın dünyasını dəyişib.

Kilo, yaş və həyat tərzi kimi faktorları nəzərə aldıqdan sonra, araşdırma nəticəsində hər santimetr boy itkisi üçün qadınların ürək -damar xəstəliklərindən vaxtından əvvəl ölüm riski 14-21 faiz artıb.

Tədqiqatlar nəticəsində məlum olub ki, boyu 2 santimetrdən çox kiçilən qadınlarda infarkt kimi ürək -damar xəstəliklərindən ölmə ehtimalının iki qat artır.

Orta yaşlı qadınlar mütəmadi olaraq idmanla məşğul olub, D vitamini və kalsium əlavələri qəbul edərək boy itkisi və sümük əriməsinin qarşısını ala bilərlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər