15 Avqust 2021 15:20
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay fəslinin əvəzolunmaz dadlarından olan qarpız insan orqanizmi üçün çox faydalıdır. İçindəki vitamin və minerallar sayəsində bədənin immunitet sistemini gücləndirməyə kömək edir. Ancaq şəkər tərkibli meyvə olduğu üçün istehlak edənlərdə kökəlmək kimi qorxu var.

Teleqraf.com xəbər verir ki, qarpızın 90 faizindən çoxu sudan ibarət olduğu üçün isti havada sərinlətməklə yanaşı, vitamin və mineral quruluşu sayəsində bədənə fayda verir. Qarpız aşağı kalorili meyvə olduğu üçün kökəltmir. Lakin qədərindən artıq istehlak olunarsa, əlavə kalori artımına səbəb ola bilər. Bununla yanaşı, normadan artıq yeyilərsə, şəkər tərkibli meyvə olduğu üçün kan şəkərində tərsmütənasibliyə səbəb ola bilər.

Mütəxəssislər gün ərzində 2 və ya 3 dilimdən çox qarpız yeməyi tövsiyə etmirlər.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər