16 Avqust 2021 12:18
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan Ordusunun bölmələrinin guya təxribat törətməsi və bir hərbçimizin həlak olması barədə yaydığı məlumat yalandır.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Teleqraf.com-a bildirilib.

"Qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir", - məlumadta qeyd olunub.


Müəllif: Teleqraf.com