16 Avqust 2021 13:26
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat ayayıb.

Məlumatda həmçinin bildirilir ki, təşkil olunan “Səyyar qəbul otaqları”na olan inam bu aksiyada iştirak edən vətəndaşların sayının artmasına səbəbolub. Üstəlik, problem və təkliflərə Birliyin rəhbərliyi tərəfindən verilən operativ reaksiya da aksiyanın səmərəliliyinə təsir edən əsas amillərdəndir.

Bu günə qədər “Səyyar qəbul otaqları” dörd ayrı-ayrı yerlərdə təşkil olunub. Növbəti bu tip aksiyanın ünvanı da dəqiqləşdirilib. Çoxsaylı müraciətlər Lerik rayonunun Babaküçə kəndində vəziyyəti yerində araşdırmaq zərurəti yaradıb. Belə ki, avqustun 18-də saat 11:00-dan 14:00-a qədər Birliyin “Açıq mikrofon”u bu kəndin sakinlərinin ixtiyarında olacaq. “Azəriqaz” İB vətəndaşa daha yaxın, daha əlçatan olmaq üçün xidmətçi missiyasını davam etdirir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər