17 Avqust 2021 11:20
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

1994-cü ildən sonra ilk dəfə Ebola virusuna Fildişi Sahilində yoluxma faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fildişi Sahilinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Ebola virusu 18 yaşılı qvineyalı yeniyetmədə aşkarlanıb. Virusa yoluxan şəxs dərhal karantinə alınıb. Sözügedən şəxs Qvineyanın Labe şəhərindən quru yolu ilə ölkəyə gəlib.

Nazirlikdən bildirilib ki, sərhəddə çalışan təhlükəsizlik qüvvələri, həssas qruplar və xəstə ilə təmasda olanlar təcili olaraq Ebolaya qarşı peyvənd ediləcək.

Hadisədən sonra Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qvineya üçün hazırlanan 5000 doza Ebola peyvəndinin Fildişi Sahili ölkələrinə göndəriləcəyini açıqlayıb.

Qeyd edək ki, qanaxma və qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976 -cı ildə Sudanın Nzara və Konqo Demokratik Respublikasının Yambuku şəhərlərində aşkarlanıb.

Konqo Demokratik Respublikasında epidemiya Ebola çayı yaxınlığındakı bir kənddə başladığı üçün xəstəliyə bu çayın adı verilib..

2014-2017-ci illərdə Qvineya, Liberiya və Sierra Leonedə 30 min insan virusa yoluxur. Nəticədə onların 11 mindən çoxu virus səbəbilə həyatını itirib.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər