17 Avqust 2021 13:08
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Dəniz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə Teleqraf.com-a Qida Təhlükəsizliyi agentliyindən bildirilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, həmçinin, sıxlıq normalarının gözlənilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər