7 Noyabr 2014 18:02
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə ofisinin dəstəyi ilə “İstehlakçı hüquqlarının müdafiəsi” mövzusunda seminar keçirilib.

Teleqraf.com-un məlumatına görə, seminarda ölkədə fəaliyyət göstərən 8 sığorta şirkətinin təmsilçiləri iştirak edib. Seminarı Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə bürosunun ekspertləri - istehlakçı maraqlarının qorunması üzrə mütəxəssis İvo Yenik və maliyyə sektoru üzrə baş mütəxəssis Maykl Qrist aparıb. Tədbirdə Azərbaycanın sığorta bazarında istehlakçı hüquqlarının müdafiəsinə yönəlmiş tendensiyalar müzakirə olunub, onların beynəlxalq standartlara uyğunlaşdırılması, yerli bazarın inkişafı üçün tövsiyyələr verilib.

Dünya Bankı ekspertlərinin tövsiyələrinə görə, sığorta sektorunda istehlakçıların hüquqların daha yaxşı qorunmasını təmin etmək üçün ilk növbədə şirkətlər üçün ümumi şikayət proseduru və mexanizmi yaradılmalıdır. Başqa sözlə bütün şirkətlərdə şikayətin necə edilməsi ilə bağlı prosedur eyni olmalıdır ki, istifadəçilər şirkətlərin özünə şikayət etməkdə çətinlik çəkməsinlər.

Digər tövsiyyə yardımçı hüquqi şəxslərə aiddir. DB nümaynədələri hesab edir ki, sığorta sahəsində yarmdımçı fəaliyyət göstərən fiziki və hüşuqi şəxslərin fəaliyyəti lisenziyalaşdırılmalı və onların fəaliyyətinə nəzarət edilməlidir.

Tövsiyyələrə əsasən, sığorta agentləri və sığorta brokerləri üçün vahid Davranış Məcəlləsi də hazırlanmalıdır. Bu Məcəllə qanunvericilikdə əks olunmalıdır. Bundan başqa, DB mütəxəssislərinin fikrincə, Azərbaycanda sığorta dələduzluğu ilə bağlı ümumi strategiya hazırlanmalıdır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər