18 Avqust 2021 17:44
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar bizə sorğu və telefon zəngi ilə müraciət edən jurnalist həmkarlarımızın əksəriyyəti valideynlərin peyvənd olunması zərurətini soruşurlar.

Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, məktəblərə valideynlərin vaksin olunması ilə bağlı tapşırıq verilməyib:

"Ancaq suala cavab verilərkən, həm də "bəli" demək istərdik. Niyə? Ona görə ki, yeni tədris ilində məktəb təkcə vaksin olunmuş müəllimdən deyil, həm də vaksinlənmiş valideyndən asılıdır. Bu belə deyilmi!? Bir sözlə, təhsil üçün vaksinasiya bu gün də aktualdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər