7 Noyabr 2014 18:29
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı Elm Festivalı-2014” öz işinə başlayır


Bu il noyabrın 10-da və 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bakı şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə “Bakı Elm Festivalı-2014” keçiriləcək.

Tədbirin açılış mərasimi noyabrın 10-da saat 10:30-da AMEA-nın Əsas binasının Dairəvi zalında keçiriləcək. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə Əlaqələr və Elmin

Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, festivalda son illər ölkə alimlərinin dünyada qəbul olunan elmi nailiyyətləri nümayiş etdiriləcək. Gənc alimlərin elmin müxtəlif sahələri üzrə çıxışları, yaradıcılıq emalatxanaları və interaktiv sərgilərlə tanışlıq, ekskursiyalar, müsabiqələr, yeni elmi nailiyyətləri özündə əks etdirən məruzələr, cəlbedici elmi şoular, akademiyanın müəssisə və təşkilatlarına aid elmi-populyar filmlərin nümayişi nəzərdə tutulur. Tədbirdə yeni elmi texnologiya və innovativ nailiyyətlər də təqdim olunacaq. Ölkədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri, eləcə də akademiyanın institut və təşkilatları öz elmi nəticələrini nümayiş etdirəcəklər.

Festivalda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər nazirliklərdən rəsmi qonaqlar iştirak edəcəklər.

Tədbirin sponsorları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Azercell Telecom”dur.

Sevil


Müəllif:

Oxşar xəbərlər