19 Avqust 2021 15:17
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində metalik civə olan zəhərli maddə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Teleqraf.com-a verilən məlumata görə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayonun 2-ci Nügədi kənd sakini Əli Əliyevin üzərinə baxış zamanı 55 qram gümüşü rəngli ağır çəkili maye tərkibinə görə metalik civə olan zəhərli maddə aşkar edilərək götürülüb.

Faktla bağlı istintaq aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər