23 Avqust 2021 19:26
373
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində "Zəfər tarixi” kursu tədris ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planlarının təsdiqi haqqında əmrdə qeyd edilib.

Əmrə əsaəsn, bütün ümumi təhsil müəssisələrinin IX (doqquzuncu) siniflərində dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı dərs cədvəlinə daxil edilməklə “Zəfər tarixi” kursunun tədrisinə verilib.

Tədris dilindən asılı olmayaraq, bütün siniflərdə kurs dövlət dilində - Azərbaycan dilində tədris olunacaq.


Müəllif: Teleqraf.com