Türkiyədə 5 aylıq İbrahim Kərimova qaraciyər köçürülməsi həyata keçirilib.
Teleqraf.com xəbər verir ki, uşağın donoru anası olub.
Başkent Universitetinin Ankara Xəstəxanasında həyata keçirilən dünyada ilk olan bu əməliyyata tibb üzrə professor Mehmet Haberal rəhbərlik edib.
M.Heberal insanın ölümündən sonra böyrəyinin 12 saat deyil, 100 saata qədər saxlamağın mümkünlüyünü ilk dəfə elmi araşdırmaları ilə sübut edib. O, dünyada ilk belə əməliyyatı 1978-ci ildə həyata keçirib.
M.Heberal 1992-ci ildə ilk dəfə eyni anadan həm böyrək, həm qaraciyər hissəsi alaraq övladına nəql etməklə daha bir ilkə imza atıb.