24 Avqust 2021 15:53
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 25-də bəzi rayonlarda hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı, dolu düşəcəyi ehtimalı var .

Qərb küləyi arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6° aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Avqustun 25-i axşama doğru yağıntının tədricən kəsiləcəyi, 26-27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər