24 Avqust 2021 21:27
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İrandan tranzit keçməklə gələn “Mercedes-Benz” markalı nəqliyyat vasitəsi saxlanılıb. Gömrük baxışı zamanı avtomobilin yük yerində gömrük nəzarətinə bəyan edilməyən 360 ampula, 34 qutu və 80 ədəd müxtəlif adda olan dərman preparatları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com