25 Avqust 2021 10:51
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, avqustun 25-i saat 10:00-a olan məlumatına əsasən bəzi rayonlarda hava şəraiti qeyri-sabit keçib.

Şimşək və göy gurultusu: Gəncədə güclü şimşək, Sabirabadda güclü ildırım, Şəki, Tərtər, Mingəçevir, Ağdam, İmişli, Cəfərxan, Bərdə, Oğuz, Naftalan, Zaqatala, Balakən, Xınalıq, Altıağac, Qusaryasaq, Xaçmaz, Quba, Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Qəbələ, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Hacıqabul, Kişçay (Şəki), Xınalıq, Şabran, Nabranda qeydə alınmışdır.

Yağış: Oğuzun Əyriçay Başdaşağıl məntəqəsində 2 saat ərzində 35.0 mm (aylıq normanın 61%-i) olub ki, nəticədə məntəqədən gecə saatlarında sel keçib, Kişçayda (Şəki) 14.0 mm, Xınalıqda 13.0 mm, Qrızda 8.0 mm, Sarıbaş (Qax), Gəncədə 7.0 mm, Qusarda 6.0 mm, Quba, Şəkidə 5.0 mm, Şinçay Şin, Daşkəsəndə 4.0 mm, Mingəçevir, Nabran, Gədəbəydə 3.0 mm, Qəbələ, Xaçmaz, Şəmkirdə 2.0 mm, Şabran, İsmayıllı, Göygöl, Balakən, Xaltan, Bərdə, Yevlax, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Şirvan, Naxçıvan, Tovuz, Ceyrançöl, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Bakı, Maştağada 1.0 mm-dək olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər