8 Noyabr 2014 12:50
869
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 19 dərəcəyə kimi yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı və Abşeron yarımadasında noyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal edilir.

Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 9-da gündüz hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti olacaq.


Müəllif:

Oxşar xəbərlər